Azərbaycanda yumurta istehsalı 16 faiz azalıb
19 Noyabr 2011 Şənbə 22:34
Ət istehsalı 4.2 faiz, süd istehsalı 6.3 faiz, yun istehsalı 3.9 faiz artıb.
Bu ilin noyabrın 1-nə kimi tarlalardan qarğıdalı ilə birlikdə 2455.9 min ton taxıl, 937.5 min ton kartof, 1184.6 min ton tərəvəz, 615.9 min ton meyvə və giləmeyvə, 477.6 min ton bostan məhsulları, 115.0 min ton üzüm, 3.5 min ton tütün, 190.6 min ton şəkər çuğunduru, 513.6 ton yaşıl çay yarpağı toplanıb. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, operativ məlumatlara əsasən noyabrın 1-nə kimi 41.9 min ton pambıq toplanıb emal müəssisələrinə təhvil verilib.

İlin əvvəlindən keçən vaxt ərzində diri çəkidə 373.7 min ton ət, 1361.4 min ton süd, 834.3 milyon ədəd yumurta və 15.9 min ton yun istehsal olunub. 2010-cu ilin müvafiq dövrünə nisbətən ət istehsalı 4.2 faiz, süd istehsalı 6.3 faiz, yun istehsalı 3.9 faiz artıb, yumurta istehsalı 16.0 faiz azalıb.

Beləliklə, bitkiçilik məhsulları istehsalı 9.9 faiz, heyvandarlıq məhsulları istehsalı 3.5 faiz, kənd təsərrüfatının ümumi məhsulu isə 7.1 faiz ötən ilki səviyyədən yüksək olub.

Kənd əməkçiləri gələn ilin məhsulu üçün 769.5 min hektar sahədə şum qaldırıb, 386.4 min hektar sahədə dən üçün taxıl, o cümlədən 243.2 min hektar sahədə buğda, 143.2 min hektar sahədə arpa səpiblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar