Azərbaycanda yeni futbol klubu yaradılır
18 Yanvar 2011 Çərşənbə Axşamı 22:00
Yeni komanda Sabirabad rayonunda fəaliyyətə başlayacaq
Azərbaycanda yeni futbol klubu yaradılır. Yeni komanda Sabirabad rayonunda fəaliyyətə başlayacaq. Artıq rayonda klubun yaradılmasının təşəbbüskarları sənədləşmə işlərinə başlayıb. Komandanın kimlər tərəfindən yaradıldığı və adının necə olacağı barədə məlumat verilməsə də, gələn mövsümdən I divizionda mübarizəyə başlayacağı və iddialı klub olacağı deyilir.

Qeyd edək ki, bir neçə gün öncə ölkəmizdə daha bir futbol klubu yaradılıb. Daha doğrusu, ölkənin köklü klublarından olan "Kəpəz"in fəaliyyəti bərpa olunub. Gəncə təmsilçisi yeni mövsümdən I divizionda fəaliyyətə başlayacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar