Azərbaycanda totalizator yaradılacaq
04 Yanvar 2010 Bazar Ertəsi 19:45
Totalizator işinə 2010-cu ilin may ayından başlanılacaq
AFFA tərəfindən totalizatorun yaradılması təşəbbüsü irəli sürülüb. Bu haqda gənclər və idman naziri Azad Rəhimov 2009-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında məlumat verib. Nazir bildirib ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan futbolunun da totalizatorlar vasitəsilə maliyyələşdirilməsi barədə prezident İlham Əliyevə müraciət edib. Dövlət başçısı isə öz növbəsində bu təşəbbüsü dəstəkləyib.
Azad Rəhimov bu məsələdə Türkiyə təcrübəsindən yararlanmaq istədiklərini vurğulayıb. Türkiyədən “İddaa” şirkəti Bakıya dəvət olunub, şirkətin nümayəndələri burada aparılan işlər barədə məlumatlandırılıb.
Artıq operator şirkət də müəyyənləşib. Bu, “İntertel” şirkətidir. O, totalizatorlarla bağlı işləri aparacaq. Həmin şirkətin gördüyü işlərə Gənclər və İdman Nazirliyi ilə AFFA nəzarət edəcək.
Totalizator işinə 2010-cu ilin may ayından başlanılacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: