Azərbaycanda işləyən baş məşqçi İngiltərədə fərqləndi
08 Aprel 2011 Cümə 14:35
Toni Adams ingilis azarkeşlərin yadından çıxmayıb
“Qəbələ” klubunun ingilis baş məşqçisi Toni Adams İngiltərə premyer-liqasının ən yaxşı veteran futbolçularından seçilib.

ANS PRESS-in İngiltərə mətbuatına istinadən verdiyi məlumata görə, Toni Adams ən yaxşı veteran futbolçular siyahısında 5-ci olub. Azarkeşlərin səsverməsi nəticəsində formalaşdırılan siyahının ilk pilləsində isə “Mançester Yunayted” klubunun uelsli futbolçusu Rayan Giqqs yer alıb.

Xatırladaq ki, Toni Adams futbolçu karyerası ərzində “Arsenal” klubunun heyətində 500-dən artıq matçda forma geyinib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar