Azərbaycanda ən çox top itirən futbolçu kimdir?
27 May 2013 Bazar Ertəsi 12:06
Topaz Premyer Liqasında 32-ci turun rəmzi komandası məlum olub.
Topaz Premyer Liqasında 32-ci turun rəmzi komandası məlum olub. ANS PRESS-in Peşəkar Futbol Liqasına istinadən verdiyi xəbərə görə, "Instat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən çempionatın son turunun rəmzi komandasını bu futbolçular təşkil edib:

Qapıçı: Ruslan Məcidov (AZAL)

Müdafiəçilər: Kamil Nurəhmədov (AZAL), Tural Nərimanov (AZAL), Junior Ailton (AZAL), Ruslan Əmircanov ("İnter").

Yarımmüdafiəçilər: Ruslan Tağızadə (AZAL), Oskars Klava (AZAL), Asif Məmmədov ("İnter"), Viktor İqbekoyi (AZAL).

Hücumçular: Mindauqas Kalonas ("Rəvan"), Ramil Mansurov ("İnter")

Turun ən yaxşı oyunçusu AZAL-dan Viktor İqbekoyidir. Ötən turlarda olduğu kimi son turda da “Turan”ın futbolçusu David Janelidze qapıya ən çox zərbə vuran futbolçudur. Gürcü futbolçu həm də hava mübarizələrində uğurlu olub.

Paytaxt “İnter”inin makedoniyalı legioneri Slavço Georgiyevski və “Qarabağ”ın albaniyalı müdafiəçisi Admir Teli ötürmələrdə ən dəqiq futbolçulardır.

“Simurq”dan Rəşad Eyyubov ən çox top itkisinə yol verən, “İnter”li Brüs Abdulaye isə əksinə - ən çox topa yiyələnən oyunçudur.

“Neftçi”nin braziliyalı oyun qurucusu Flavio Aleks Valensio ən çox driblinq edən futbolçudur. “Rəvan”dan Mindauqas Kalonas tur ərzində hamıdan çox – 7 dəfə qayda pozuntusuna yol verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar