Azərbaycanda 5000 manat qazanmaq şansı
26 Yanvar 2013 Şənbə 08:30
"I Avropa Oyunları (Bakı 2015)" mövzusunda açıq loqotip müsabiqəsi elan edilib.
Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 8 dekabr 2012-ci il tarixli qərarını və "I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2013-cü il tarixli Sərəncamını nəzərə alaraq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi" I Avropa Oyunları (Bakı 2015)" mövzusunda açıq loqotip müsabiqəsi elan edib. ANS PRESS Gənclər və İdman Nazirliyinə istinadən əsas şərtləri təqdim edir:

Müsabiqədə dizayn qrafikası sahəsində peşəkar və ya həvəskar olaraq fəaliyyət göstərən hər bir şəxs iştirak edə bilər. İştirakçılara yaş məhdudiyyəti qoyulmur. Bir müəllif ən çox 5 iş təqdim edə bilər. Təqdim edilən işlər müsabiqənin mövzusuna uyğun olmalıdır. Müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqotiplər təqdim edilməlidir. Təqdim olunan loqotiplər aşağıdakılardan ibarət olmalıdır:

loqotipin ağ-qara həlli

loqotipin rəngli həlli

loqotipin rastr qrafik versiyası (*jpeg, *png (ölçüsü 500 kb az olmamaq şərti ilə))

loqotipin vektor versiyası (*eps, *ai, *cdr (12-ci versiya))


Təqdim olunan işlər və ərizə forması 23 fevral 2013-cü il tarixə kimi elektron formada həm müsabiqənin [email protected] elektron poçt ünvanına, həm də Təşkilat Komitəsinə (cd-r, dvd-r) göndərilməlidir.

Müsabiqənin mükafat fondu aşağıdakı qaydada müəyyənləşdirilib:


I yer - 5000 AZN

II yer (laureat) - 3000 AZN

III yer (laureat) - 2000 AZN


Müsabiqənin Əsasnaməsini, ərizə formasını və daha ətraflı məlumatı www.mys.gov.az internet saytından əldə etmək olar.

Əlaqələndirici şəxs: Ülviyyə Zeynalova

Telefon: 465-84-15; 051-992 06 20

E.mail: [email protected]

Ünvan: Bakı ş., Olimpiya küç. 4, Gənclər və İdman Nazirliyinin inzibati binası (210-cu otaq).


DOSTLARINLA PAYLAŞ:

oyunlar