Azərbaycan yıqması Rumıniya və İsveçlə qarşılaşacaq
17 İyul 2011 Bazar 17:24
Basketbol üzrə kişilərdən ibarət yığmanın növbəti rəqibləri müəyyənləşib.
Beynəlxalq Basketbol Federasiyası (FİBA) Avropa çempionatının "B" divizionunun seçmə oyunlarında iştirak edəcək kişilərdən ibarət Azərbaycan yığmasının növbəti rəqiblərinin adlarını açıqlayıb.

Milli komandamızın avqustun 21-də keçiriləcək oyunundakı rəqibi Ruminiya yığması olacaq. Bu oyuna Murat Biriçikm (Türkiyə) hakimlik edəcək.

Avqustun 24-də keçiriləcək görüşdə isə yığmamız İsveç milli komandası ilə qarşılaşacaq. Yarışı polşalı hakim Yakub Zamojski idarə edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar