Azərbaycan yığmasının fəaliyətinə son qoyuldu
26 Avqust 2010 Cümə Axşamı 16:35
AFFA bununla bağlı FİFA və UEFA-ya müraciət edib.
AFFA qadın futbolçulardan ibarət yığma komandamızın fəaliyyətini dayandırıb. Bu addımı atmaqda məqsəd AFFA-nın ölkəmizdə qadın futbolunun inkişafını sağlam təməl üzərində qurmaq və yeni futbolçu nəslinin yetişdirilməsinədək gözləməkdir. Bu məsələ ilə bağlı AFFA FİFA və UEFA-ya müraciət edib.
Xatırladaq ki, AFFA son vaxtlar qadın futbolununu inkişafına xüsusi diqqət yetirirdi. Bundan sonra AFFA tərəfindən qadın futbolunun inkişaf etdirilməsi məqsədi ilə bir sıra layihələrə start verilib. Futbol qurumu bu məqsədlə almaniyalı məşqçi Sissi Raytı ölkəmizə gətirmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: