Azərbaycan yığması Ukraynaya məğlun oldu
18 İyun 2011 Şənbə 23:10
Bu gün Azərbaycan və Ukrayna yığma komandaları arasında çimərlik futbolu üzrə matç keçirilib.
Bu gün Kiyev Hidroparkının “Venetsiya çimərliyi”ndə yerləşən stadionda Azərbaycan və Ukrayna yığma komandaları arasında çimərlik futbolu üzrə yoldaşlıq matçı keçirilib. Matçın baş hakimi azərbaycanlı referi A.Həmzəyev idi.
Gərgin və maraqlı şəraitdə keçən matçın əvvəlində futbolçularımız hesabda geri qalmalarına baxmayaraq əzmkarlıq nümayiş etdiriblər. Görüşün 3-cü hissəsinin başa çatmasına 19 saniyə qalmış Elvin Quliyev uzaq məsafədən vurduğu cərimə zərbəsi ilə komandamızı hesabda irəli çıxarıb – 4:3. Lakin oyunun başa çatmasına 10 saniyə qalmış meydan sahibləri tarazlığı bərpa ediblər – 4:4.
Ekstra-taymda hesab dəyişməyib. Matçdan sonrakı birinci vurulmayan qola qədər davam edən penaltilər seriyasında isə ukraynalı futbolçu İqor Barsuk 5-ci qolu vurub.
Azərbaycan komandasının heyətində Elvin Quliyev, Emin Kürdov, Vaqif Şirinbəyov, Elnur Əhmədov, Namiq İsgəndərov, Ramil Əliyev, Elşən Hüseynov, Namiq Həsənov, Nahid Mehrəliyev və Əbdül Əliyev çıxış ediblər.
İyunun 15-dən 20-dək Ukraynada toplantıda olan Azərbaycan komandası üçün bu yoldaşlıq görüşü sentyabrın 1-dən 11-dək İtaliyada keçiriləcək çimərlik futbolu üzrə dünya çempionatına hazırlaşmaq üçün yaxşı imkandır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: