Azərbaycan yığması məğlub olub
23 Fevral 2011 Çərşənbə 22:06
Milli komandamız Norveçin "Lillestrom" klubunun əvəzedicilərinə uduzub.
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyununda qüvvəsini sınayıb. Norveçin “Lillestrom” klubunun əvəzedici komandası ilə qarşılaşma rəqibin xeyrinə başa çatıb – 2:3.
Yığmamızın heyətində Nurlan Novruzov və Kərim Diniyev fərqlənib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: