Azərbaycan yığması İtaliya ilə qarşılaşacaq
    16 Dekabr 2009 Çərşənbə 22:35
    Azərbaycan yığması İtaliya ilə qarşılaşacaq. Matç Avropa çempionatı-2010 çərçivəsində baş tutacaq.
    
                	 
    
         Qadınlar arasında futbol üzrə Avropa çempionatı - 2010-nun elit raundunun püşkü atılıb. Məlum olduğu kimi, bu mərhələdə Azərbaycanın gənclər yığması da (U-19) iştirak edir. Komandamız 6-cı qrupda yer alıb.
Şamil Heydərovun yetirmələrinin rəqibləri Bosniya və Herseqovina, Belçika və İtaliya yığmalarıdır. 
Qrup oyunları 27 mart-1 aprel tarixlərində Belçikanın paytaxtı Brüsseldə keçiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: