Azərbaycan yığması əhəmiyyətli oyunda məğlub oldu
19 Avqust 2011 Cümə 10:13
Basketbol yığmamız AÇ-nın seçmə turu çərçivəsində Belarusla qarşılaşıb
Azərbaycanın basketbol üzrə yığma komandası Avropa çempionatının (B dvizionu) seçmə turu çərçivəsində səfərdə Belarus millisinə qarşı keçirilən əhəmiyyətli matçda məğlub olub. ANS PRESS-in məlumatına görə, Minskin İdman sarayında baş tutan oyunda Andrey Krivonosun yetirmələri Azərbaycan yığmasını 87:74 hesabı ilə məğlub edib. Belarusun heyətində ən yaxşı snayper 17 xal toplayan Aleksandr Kudryavçev olub.

Qeyd edək ki, B qrupunda turnirin birinci dövrəsində belaruslar Bakıda Azərbaycan yığmasına 79:83 hesabı ilə məğlub olmuşdular.


DOSTLARINLA PAYLAŞ:

oyunlar