Azerbaycan yığması darmadağın edildi
05 Avqust 2013 Bazar Ertəsi 10:10
Avropa çempionatının ilkin seçmə mərhələsində 17 yaşlı qızlarımız polşalılarla qarşılaşıb.
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində dünən Azərbaycan yığması Polşa komandası ilə qarşılaşıb. Polşanın Brzeg şəhərindəki “Mosir Brzeg” stadionunda keçirilən qarşılaşma komandamız üçün uğursuz olub.

ANS PRESS-in UEFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, polşalılar komandamızı 5:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, daha əvvəl Avstriya millisi ilə görüşən yığmamız 7: 0 hesabıyla məğlub olmuşdu.
Növbəti oyunun isə avqustun 7-də Qazaxıstan millisinə qarşı keçirəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar