Azərbaycan yığması 14:0 hesabı ilə rəqibini darmadağın etdi!
27 Avqust 2011 Şənbə 12:03
Bir qolu Avstriya təmsilçisi öz qapısından keçirib
Avstriyada təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması"Pinzgau" klubunun U-15 komandası ilə yoldaşlıq oyunu keçirib. AFFA-dan verilən məlumata görə, qarşılaşma 14:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Komandamızın heyətində qolları Elnur Cəfərov (4 qol), Peyman Natiq (3), Ruslan Hacıyev, Renat Ağaverdiyev, Şaban Cəbrayılov, Fərid Əskərli, Kamran Nəcəfzadə, Məhəmməd Hüseynov vurub. Bir qolu isə Avstriya təmsilçisi öz qapısından keçirib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar