Azərbaycan və Türkiyə milliləri məğlub oldu
09 Oktyabr 2010 Şənbə 02:00
Vyanadakı məğlubiyyətdən sonra komandamız qrupun autsayderinə çevrildi.
2012-ci il Avropa çempioanatının seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Azərbaycan millisi Vyanada Avstriya yığması ilə qarşılaşıb. Meydan sahibləri hesabı 3-cü dəqiqədə açıblar və Sebastya Predl fərqlənib. Birinci hissə avstriyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Avstriya yığması ikinci hissədə daha iki dəfə fərqlənib. Marko Arnautoviç 53-cü dəqiqədə və oyunun əsas vaxtına əlavə edilmiş 2-ci dəqiqədə dubla imza atıb. Beləliklə, Azərbaycan millisi qrupdakı ikinci oyununda da məğlub olub və turnir cədvəlinin sonuncu pilləsinə düşüb. Komandamız iki oyunda 9 top burazıb və cəmi 1 dəfə fərqlənib.

Qrupdakı digər oyunda isə Türkiyə millisi Almaniyada biabırçı məğlubiyyətlə uzləşib. Almanlar 42-ci və 87-ci dəqiqələrdə Miroslav Kloze, 79-cu dəqiqədə isə Məsud Özilin qolları ilə 3:0 hesablı qələbə qazanıblar. Beləliklə, qrupdakı üç oyunda 9 xal toplayan Almaniya millisi qrup lideridir. Avstriya və Türkiyə komandalarının hərəyə 6 xalı, Belçika millisinin isə 3 xalı var. Qrupda yalnız Qazaxıstan və Azərbaycan milliləri xal üzünə həsrətdirlər.

Günün bütün oyunlarının nəticələri:

A qrupu: Qazaxıstan-Belçika 0:2; Avstriya-Azərbaycan 3:0; Almaniya-Türkiyə 3:0

B qrupu: Ermənistan-Slovakiya 3:1; Andorra-Makedoinya 0:2, İrlandiya-Rusiya 2:3

C qrupu: Serbiya-Estoniya 1:3; Şimali İrlandiya-İtaliya 0:0; Sloveniya-Farer adaları 5:1

D qrupu: Lüksemburq-Belarus 0:0; Albaniya-Bosniya Hersoqovina 1:1

E qrupu: Macarıstan-San Marino 8:0; Moldova-Hollandiya 0:1

F qrupu: Gürcüstan-Malta 1:0; Yunanıstan-Latviya 1:0

G qrupu: Çernoqoriya-İsveçrə 1:0; Uels-Bolqarıstan 0:1

H qrupu: Kipr-Norveç 1:2; Portuqaliya-Danimarka 2:0 (oyun davam edir)

İ qrupu Çexiya-Şotlandiya 1:0; İspaniya-Ltva 0:0 (oyun davam edir).
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar