Azərbaycan və İran klublarının matçında dava düşdü
06 İyul 2012 Cümə 12:16
"Simurq"-"Peykan" qarşılaşması yarımçıq dayandırılıb.
Türkiyədə təlim-məşq toplanışında olan “Simurq” növbəti yoxlama oyununa çıxıb. ANS PRESS-in məlumatına görə, Zaqatala təmsilçisinin rəqibi İranın “Peykan” komandası olub.

Lakin matç başa çatdırılmayıb. Belə ki, qarşılaşma 60-cı dəqiqədə dayandırılıb. Buna səbəb dava düşməsi olub. Çox sərt mübarizə şəraitində keçən qarşılaşmada bir neçə futbolçu zədələnib.

Qeyd edək ki, "Simurq" bu oyunadək Kartepedeki hazırlıq dövründə daha iki yoldaşlıq görüşü keçirmişdi. Bu qarşılaşmalarda Georgi Çixradzenin yetirmələri yerli "Kocaelispor"u 4:2 hesabı ilə məğlub edib, "Spartak" (Naliçik, Rusiya) ilə oyunda sülh bağlamışdılar - 1:1.


DOSTLARINLA PAYLAŞ:

oyunlar