Azərbaycan UEFA reytinqində irəlilədi
01 İyul 2011 Cümə 16:59
“Qarabağ” ölkənin əmsallar cədvəlinə 0,250 xal gətirib.
Azərbaycan UEFA-nın əmsallar cədvəlindəki mövqeyini yaxşılaşdırıb. ANS PRESS-in UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, dünən Avropa Liqası turniri çərçivəsində “Qarabağ”ın səfərdə Litvanın “Banqa” klubu üzərində qələbəsi və AZAL-ın Bakıda “Minsk”lə heç-heçə oynamasından sonra mümkün olub.
Ölkəmiz “Qarabağ”ın sayəsində aktivinə 0,250 xal, AZAL-ın sayəsində hesabına daha 0,125 xal, ümumilikdə isə 0,375 xal yazdırııb. Bununla da Azərbaycan Sloveniyanı ötərək siyahının 37-ci pilləsinə qalxıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: