Azərbaycan UEFA-nın reytinqində irəlilədi
23 İyul 2012 Bazar Ertəsi 09:43
Klublarımız ölkənin reytinqinə növbəti xallarını yazıblar.
UEFA-nın 2008-13-cü illəri əhatə edən klublara görə ölkələrin reytinq siyahısında dəyişikliklər edilib. www.pfl.az-ın yaydığı məlumata görə, 2012/13 mövsümünün Avropa Liqasının II təsnifat mərhələsinin baş tutan oyunlarından sonra UEFA ölkələrin xal siyahısında edilən dəyişiklikləri açıqlayıb.
“Xəzər Lənkəran” və “İnter”in doğma azarkeşləri önündə heç-heçə etməsindən sonra Azərbaycanın hesabına növbəti 0,250 xal əlavə edib. Hər klubumuzun heç-heçəsinə görə Azərbaycanın aktivinə 0,125 xal yazılıb. Bununla da cari mövsüm yığılan xallarımızın sayı 1,500-yə çatıb. Bunun ən böyük hissəsi – 0,625-i “İnter”in payına düşür. “Xəzər Lənkəran” 0,500, “Neftçi” 0,250, “Bakı” isə 0,125 xal qazana bilib.
Hazırda Azərbaycan sıralamada bir pillə irəliləyərək Moldova ilə birlikdə 34-cü yerdə qərarlaşıb. Hesabında 7.041 xalı olan Azərbaycan 33-cü pillədəki Bosniya və Herseqovinadan cəmi 0.292 xal geridə qalır.
DOSTLARINLA PAYLAŞ: