Azərbaycan UEFA-nın reytinqində 15-cidir
18 Yanvar 2011 Çərşənbə Axşamı 10:50
Avropa Futbol Qurumu Fair Play reytinqini açıqlayıb. Azərbaycan UEFA-nın reytinqində 15-cidir.
UEFA-nın yeni Fair Play reytinqi açıqlanıb. Azərbaycan reytinqdə 7.961 xalla 15-ci pillədə qərarlaşıb.

ANS PRESS-in UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Fair Play reytinqində ilk pilləni Norveç tutur. Sonrakı yerdə İngiltərə, üçüncü pillədə isə İsveç yer alır.

Qeyd edək ki, reytinq siyahısı hər bir Avropa ölkəsinin klub və yığma səviyyəsində keçirdikləri oyunlara əsasən müəyyənləşdirilir. Fair Play reytinq siyahısının ilk üç pilləsində qərarlaşmış milli assosiasiyalar Avropa Liqasında iştiraka haqq verən əlavə bir vəsiqə əldə edəcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar