Azərbaycan – Türkiyə matçının tarixi məlum oldu
27 İyul 2010 Çərşənbə Axşamı 11:55
Qardaş ölkələr Azərbaycan və Türkiyənin yığmaları oktyabrın 12-də üz-üzə gələcəklər.
Futbol üzrə yığma komandamız Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Türkiyə komandası ilə qarşılaşacaq.

AFFA-dan verilən məlumata görə, matç oktyabrın 12-də keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Xatırladaq ki, yığma komandamız Avro-2012-nin seçmə mərhələsi çərçivəsində “A” qrupunda Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan milliləri ilə mübarizə aparacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar