Azərbaycan - Türkiyə 1:0
12 Oktyabr 2010 Çərşənbə Axşamı 22:10
Qus Hiddinkin yetirmələri Bakıdan əliboş gedir. Azərbaycan - Türkiyə 1:0
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Türkiyə milli komandaları üz-üzə gəlib. Qarşılaşmanın 39-cü dəqiqəsində Mahir Şükürovun küncdən ötürməsini Rəşad Sadıqov klassik Azərbaycan gedişi (ev tapşırığı) ilə qola çevirib. Volkan Dəmirəlin çərçivəsindən keçən qol bu qarşılaşmada yeganə qol olub. Oyun milli komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, oyunu rumınyalı hakimlər biriqadası idarə edib: baş hakim:Aleksandru Dyakonu, onun köməkçiləri George Adrian Vidan, Radu Ginqulyak, dördüncü hakim Sebastyan Koltesku. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar