Azərbaycan tennisçiləri rəqib tanımır
07 May 2011 Şənbə 22:17
Tennis üzrə beynəlxalq turnirdə ölkəmiz 2 qızıl medal qazandı.
Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq Tennis turniri başa çatıb. 12 ölkədən ibarət, ümumilikdə 125 tennisçisinin qatıldığı yarışda 2 təmsilçimiz qızıl medala yiyələnib.

16 yaşlı idmançıların həlledici görüşündə rusiyalı Anton Piçonkini məğlub etmiş Ayxan Manaflı turnirin qalibi olub. Daha bir tennisçimiz yaşı 10-dək olan oğlanların mübarizəsində rəqib tanımayıb. Fərid Hacızadə finalda yunanıstanlı rəqibini üstələyərək, həmyaşıdları arasında ən güclü olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar