Azərbaycan təmsilçisi Valentin Demyanenko Olimpiadaya lisenziya qazandı
21 Avqust 2011 Bazar 17:09
Kanoeçi Valentin Demyanenko dünya çempionu adını qazanıb
Macarıstanın Zeged şəhərində keçirilən avarçəkmə üzrə dünya çempionatı başa çatmaq üzrədir. Bu turnirdə London-2012 Olimpiadasına lisenziyalar oynanılır.

Kanoeçilər cütlüyü Sergey Bezuqlı - Maksim Prokopenkodan sonra daha bir azərbaycanlı idmançı Olimpiadaya lisenziya qazanıb. Bu, kanoeçi Valentin Demyanenkodur. O, 200 metr məsafəyə yarışda birinci yeri tutub və 39,339 saniyə nəticə ilə dünya çempionu olub.

Artıq Azərbaycanın hesabında 7 Olimpiya lisenziyası var. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar