Azərbaycan tarixində ilk dəfə olaraq 12 yaşlı qız paraşütlə tullanıb
21 İyul 2010 Çərşənbə 17:55
Paraşütlə tullanma yarışında 7 yeniyetmə gənc iştirak edib.
Azərbaycanın tarixində ilk dəfə 12 yaşlı qız paraşütlə 1200 metr hündürlükdən tullanıb. Bu barədə Balakən Aviasiya Mərkəzinin rəisi polkovnik-leytenant Məhyəddin Süleymanov məlumat verilib. Onun sözlərinə görə, bu gün Balakən Aviasiya Mərkəzində sınaq uçuşları və yeniyetmələr arasında paraşütlə tullanma yarışı keçirilib.

Yarışlarda iştirak edən yeniyetmələrə Balakən Aviasiya Mərkəzində bir ay müddətində təlim və tədris kursları keçirilib. Yarışda 12-17 yaş arasında 7 yeniyetmə gənc iştirak edib. Yarış iştirakçıları 1200 metr hündürlükdən ilk dəfə paraşütlə tullanaraq sərbəst şəkildə yerə eniblər. Yarışda iştirak edən 12 yaşlı Balakən rayonu, Tülü kənd sakini Abdullayeva Nigar Azad qızı daha çox diqqəti cəld edib. 12 yaşlı qızın 1200 metr hündürlükdən sərbəst şəkildə tullanması Azərbaycanvə MDB tarixində ilk hadisədir.

Yarışlarda həmçinin 14 və 17 yaşlı Leyla və Türkan Əliyeva bacıları iştirak edib. Onlar da ilk dəfə 1200 metr hündürlükdən paraşütlə tullanaraq sərbəst şəkildə yerə enə biliblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar