Yunanıstanın Saloniki şəhərində məktəblilər arasında şahmat üzrə Dünya çempionatı keçirilib. Yarışda iştirak edən Azərbaycan şahmatçıları uğurlu çıxış ediblər. 15 yaşadək şahmatçıların yarışında mübarizə aparan Zaur Məmmədov 9 turluq yarışı 7 xalla başa vuraraq Dünya çempionu olub.
Yarışda iştirak edən digər şahmatçımız 13 yaşadək şahmatçıların yarışında mübarizə aparan Elxan Bayramov Dünya çempionatının bürünc medalını qazanıb./ANS PRESS/