Azərbaycan şahmatçıları ermənilərə qalib gəldilər
28 Oktyabr 2011 Cümə 00:36
Millimiz bu qələbə ilə turnir cədvəlindəki vəziyyətini xeyli yaxşılaşdırıb.
Türkiyənin Kocaeli şəhərində yeniyetmələr arasında şahmat Olimpiadasının altıncı turunda Azərbaycan millisi erməniləri məğlub edib. Qarşılaşma yığmamızın 2,5:1,5 hesablı üstünlüyü ilə başa çatıb.

Görüşlərin nəticələri:

Nicat Abbasov-Karen Qriqoryan - heç-heçə
Ülvi Bacarani-Ovanes Qabuzyan - heç-heçə
Kənan İzzət-Tiqran Arutunyan - heç-heçə
Misrəddin İsgəndərov-Armen Mikaelyan-1:0.

Bu qələbədən sonra şahmatçılarımız xallarının sayını 15,5-ə çatdırıblar. Millimizi Ermənistan (17,5 xal), Rusiya (17) və İran (16) yığmalarından geri qalır.

Yeniyetmə şahmatçılarımız yeddinci turda gürcüstanlı həmyaşıdları ilə qarşılaşacaqlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar