Azərbaycan şahmatçıları ermənilərə məğlub oldular
29 Oktyabr 2009 Cümə Axşamı 01:10
Məğlubiyyət liderliyi də yığmamızın əlindən aldı
Serbiyanın Novi-Sad şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında yeddinci turun görüşləri başa çatıb. Kişilərdən ibarət yığmamız Ermənistan şahmatçıları ilə qarşılaşıb. Teymur Rəcəbov, Vüqar Həşimov və Şəhriyar Məmmədyarov heç-heçə oynayıblar. Qədir Hüseynov isə 70-ci gedişdə Qabriel Sarkisyana məğlub olmaqla komandamıza məğlubiyyət gətirib.

Azərbaycan-Ermənistan - 1,5:2,5

Teymur Rəcəbov-Levon Aronyan-0,5:0,5
Vüqar Həşimlv-Vladimir Akopyan-0,5:0,5
Qədir Hüseynov-Qabriel Sarkisyan-0:1
Şəhriyar Məmmədyarov-Tiqran Petrosyan 0,5:0,5.

Bu məğlubiyyətdən sonra Azərbaycan yığması turnir cədvəlində iki pillə geriləyib. Yeddinci turdan sonra Rusiya yığması 11 xalla liderliyə yüksəlib. Hesabında 11 xal olan Ermənistan və Azərbaycan isə 2-3-cü yerləri bölüşdürür.
Qadınlardan ibarət yığmamız isə yarışların lideri Rusiya şahmatçılarına məğlub olub. Dörd şahmatçımızdan heç biri rəqibindən xal ala bilməyib.

Azərbaycan-Rusiya - 0:4

Zeynəb Məmmədyarova-Aleksandra Kostenyuk - 0:1
Nərmin Kazımova-Tatyana Kosintseva - 0:1
Türkan Məmmədyarova-Nadecda Kosintseva 0:1
Gülnar Məmmədova - Valentina Qunina - 0:1

Bu turdan sonra qadınlardan ibarət yığmamız turnir cədvəlində xeyli geriləyib və 9 xalla 6-cı pilləyə düşüb. Rusiya şahmatçıları 12 xalla turnirin lideridirlər.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar