Futbol üzrə 2010-cu il Dünya Çempionatının seçmə oyunları çərçivəsində Azərbaycan və Rusiya yığma komandaları arasında oktyabrın 10-da baş tutacaq matçın vaxtı dəqiqləşib. AFFA-dan ANS PRESS-ə verilən məlumata görə, oyun Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.
Azərbaycan milli komandasının Rusiya ilə səfərdə keçirdiyi ilk qarşılaşma 2-0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatmışdı. /ANS PRESS/