Azərbaycan - Rusiya – 1:1
14 Oktyabr 2009 Çərşənbə 23:50
Oktyabrın 14-də Azərbaycan futbol yığması 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində sonuncu oyununu keçirib.
Apasport.az saytının verdiyi məlumata görə, Berti Foqtsun başçılıq etdiyi kollektiv Bakıda, doğma azarkeşlər önündə Rusiya ilə qarşılaşıb.
Saat 21.00-da başlayan oyunda ilk qolu 13-cü dəqiqədə Rusiya yığmasının hücumçusu Andrey Arşavin vurub – 1:0. Birinci hissə bu hesabla başa çatıb.
İkinci hissədə futbolçularımızın hesabı bərabərləşdirmək üçün göstərdikləri cəhdlər 54-cü dəqiqədə səmərə verib. Vaqif Cavadovun uzaqdan vurduğu zərbə ilə hesab 1:1 olub.
80-ci dəqiqədə Azərbaycan yığmasının qapısına təyin edilmiş penalti nəticəsiz olub.
Qarşılaşma 1:1 hesabı ilə heç-heçə başa çatıb.
Matçın 35-ci dəqiqəsində ruslar azərbaycanlı azarkeşlər olan sektora bir neçə dəfə partlayıcı maddə atıb. Bundan sonra yerli fanatlarla ruslar arasında yumruq davası düşüb. Hadisə polis işçilərinin müdaxiləsindən sonra sakitləşdirilib.APA
DOSTLARINLA PAYLAŞ: