Azərbaycan Qolf Federasiyasına prezident təyin edilib
28 Dekabr 2011 Çərşənbə 23:43
Bu post “ZQAN Holdinq”in prezidenti Anar Məmmədova həvalə olunub
Qolf idman növünün Azərbaycanda da inkişaf etdirilməsi işlərinə başlanılıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bununla əlaqədar olaraq bu gün baş tutan konfransda “ZQAN Holdinq”in prezidenti Anar Məmmədov ölkəmizdə Qolf Federasiyasına prezident təyin olunub.

Məlumatda qeyd edilir ki, Anar Məmmədov qolf idman növünə çox böyük həvəs göstərir.

Qeyd edək ki, qolf idman növü 2016-cı ildə Rio de Janeyro şəhərində keçiriləcək olimpiya oyunların siyahısına salınıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar