Azərbaycan - Qazaxıstan 3:1
31 Oktyabr 2009 Şənbə 17:20
17 yaşlı futbiolçularımız qazaxıstanlı həmyaşıdları üzərində qələbə qazanıblar
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunları yekunlaşıb. Tofiq Bəhramov stadionunda baş tutan günün əsas qarşılaşmasında Azərbaycanın və Qazaxıstanın 17 yaşlı futbolçuları üz-üzə gəliblər. Matç futbolçularımızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesab oyunun 46-cı dəqiqəsində açılıb. Qazaxların qapısından topu Ruslan Tağızadə keçirib. 49-cu dəqiqədə qazaxlar Utrobinlə hesabı bərabərləşdirsələr də, 72-ci dəqiqədə Hacı Əhmədov, 80-ci dəqiqədə isə Abdulla Abatsıyevin qolları sayəsində Azərbaycan Qazaxıstanı 3:1 hesabı ilə məğlub edib.
Digər qarşılaşma isə İsmət Qayıbov stadionunda oynanılıb. Burada İngiltərə və Serbiyanın gənc oyunçuları qarşılaşıblar. Maçt 1:0 hesabı ilə Dumanlı Albion təmsilçilərinin qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada yeganə qola 58-ci dəqiqə Afobe imza atıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: