Azərbaycan Premyer Liqasının ən bahalı futbolçuları
11 Mart 2010 Cümə Axşamı 21:45
Azərbaycan Premyer Liqasının ən bahalı futbolçuları. "Bakı"da çıxış edən Jaba hamını qabaqlayıb.
Məşhur “transfermartk.co.uk” saytı futbolçuların qiymətlərini hesablayıb. Sayt Azərbaycan Premyer Liqasında top qovan futbolçuların da qiymətlərini açıqlayıb. Düzdü, siyahı tam təqdim olunmayıb və bəzi klublarımız futbolçularının qiymətləri hesablanmayıb. Amma hesablama aparılanlar arasında ən bahalısının "Bakı"da çıxış edən Jaba olduğu ortaya çıxıb. Braziliyalı forvarda 2 milyon avro qiymət qoyulub.

"Xəzər Lənkəran"ın alban oyunçusu Elvin Beqirinin 1.250.000 avro, onun "Qarabağ"da oynayan həmyerlisi Admir Telinin 1 milyon avro qiyməti var. "Xəzər Lənkəran"ın türk oyunçusu Devran Ayhan və bolqar hücumçusu İvan Çvetkova 900.000 avro qiymət qoyulub.

"Neftçi"dən rumın Marian Aliuta və "Simurq"dan ukraynalı Ruslan Qunçakın 800.000 avro dəyəri var. Millimizin kapitanı Rəşad Sadıqovla "Neftçi"nin oyunçusu Rail Məikovun qiyməti 750.000 avroya bərabərdir.
"İnter"in gürcü futbolçusu Georgi Navalovski ilə "Neftçi"nin türk müdafiəçisi Suat Ustaya 700.000 avro qiymət verilib.

Qeyd edək ki, ötən siyahıda da birinci yeri Jaba tutmuşdu. Onu Admir Teli izləyir. Lakin bu dəfə həmyerlisi Elvin Beqiri Telini üçüncü pilləyə yollayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar