Azərbaycan Premyer Liqasının bu mövsümündə bir ilk
17 Dekabr 2012 Bazar Ertəsi 13:16
“İnter”in qapıçısı Georgi Lomaya cari mövsümdə ardıcıl 5 oyunda qol buraxmayan ilk qapıçı olub.
“İnter”in qapıçısı Georgi Lomaya Topaz Premyer Liqasının cari mövsümündə ardıcıl 5 oyunda qol buraxmayan ilk qapıçı olub. Peşəkar Futbol Liqasından ANS PRESS-ə verilən məlumata görə, XVII turun “Kəpəz”lə səfər oyununda “5”ə çatan gürcüstanlı qapıçı sonuncu dəfə XI turun “Kəpəz”lə matçında qol buraxmışdı.
Bu il oktyabrın 30-da “Şəfa”dakı matçın 5-ci dəqiqəsində Elxan Əzizov Lomayanı məyus etmişdi. Həmin qarşılaşmanın digər 85 dəqiqəsi, həmçinin “Sumqayıt”, “Turan”, “Rəvan” və AZAL-la görüşlərin hərəsinin 90 dəqiqəsini Lomaya qol buraxmamışdı. Bununla da özünə məxsus olan mövsümün quru seriyasını 535 dəqiqəyə çatdıran qapıçı “İnter”in qol buraxdığı “Simurq”la görüşdə oynamamışdı. Həmin matçda qapıda Revaz Tevdoradze dayanmışdı.
DOSTLARINLA PAYLAŞ: