Azərbaycan - Portuqaliya 0:2
26 Mart 2013 Çərşənbə Axşamı 22:58
Meydanda azlıqda qalan yığmamız qarşılaşmada ciddi dönüş yarada bilməyib.
Bu gün Azərbaycan milli komandası 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Bakıda baş tutmuş qarşılaşmada futbolçularımız Portuqaliya yığması ilə üz-üzə gəlib. Oyunun birinci hissəsində hesab açılmayıb. Rəqib komanda qapımız önündə bir neçə təhlükəli vəziyyət yaratsa da, hesabda irəli çıxa bilməyib.

Qarşılaşmanın ikinci hissəsində isə millimiz meydanda 10 nəfərlə qalmalı olub. Hakim 4 dəqiqə ərzində 2 sarı vərəqə alan Rauf Əliyevi meydandan qovub. Azlıqda qalan komandamız rəqibin hücumları qarşısında duruş gətirə bilmir və nəticədə 63-cü dəqiqədə Bruno Alveş hesabı açır. Bu qoldan 16 dəqiqə sonra qonaqlar daha bir qol vurublar. 79-cu dəqiqədə Uqo Almeyda fərqlənib.

Beləliklə yığmamız bu oyunda 0:2 hesabı ilə məğlub olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar