Azərbaycan olimpiadaya 53-cü lisenziyasını qazandı
10 İyun 2012 Bazar 10:07
Hayle İbrahimov ölkəmizi Londonda təmsil edəcək.
Azərbaycan London yay olimpiya oyunlarına növbəti lisenziyasını qazanıb. Azerisport.az xəbər verir ki, bu dəfə Hayle İbrahimov fərqlənib.

O, Fransanın Lill şəhərində keçirilən qran-pridə 5000 metr məsafəyə 13 dəqiqə 19 saniyəyə qaçıb. Bu göstərici isə onun olimpiadaya lisenziya qazanması üçün yetərli olub.

Qeyd edək ki, bu, Azərbaycanın qarşıdakı olimpiadaya sayca 53-cü lisenziyasıdı. Hayle İbrahimovun təmsil etdiyi “Ümid” klubu isə artıq dördüncü təmsilçisinin belə uğuruna sevinir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar