Azərbaycan Olimpiadada ciddi itki ilə üzləşib
05 Avqust 2012 Bazar 10:37
İdmançımız Veliçko Çolakov yarışlara qatılmamış İngiltərə paytaxtını tərk etmək məcburiyyətində qalıb.
Azərbaycan London Olimpiadasında ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, ağır atletika üzrə yığmamızın üzvü Veliçko Çolakov yarışlara qatılmamış İngiltərə paytaxtını tərk etmək məcburiyyətində qalıb.

Buna zədə səbəb olub. Belə ki, 105 kq çəki dərəcəsində yarışmalı olan atletimiz əlini zədələdiyi üçün, yarışlarda iştirak edə bilməyəcək.

Qeyd edək ki, bu çəki dərəcəsində mübarizəyə avqustun 6-da start veriləcəkdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar