Azərbaycan - Moldova 1:0
31 May 2011 Çərşənbə Axşamı 22:55
U-21 Lənkəranda moldovalı həmyaşıdlarını məğlubiyyətə uğradıb
Bu gün Lənkəranın mərkəzi stadionunda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Moldova yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə keçirilən oyunun ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də, qapılara top vurulmayıb.

Qarşılaşmanın 48-ci dəqiqəsində inamlı oyun nümayiş etdirən Azərbaycan millisinin Mirhüseyn Seyidov hesabı açıb. Bundan sonra qapılara qol vurulmayıb. Nəticədə oyun 1:0 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar