
Beynəlxalq Futbol Federasiyaları Assosiyasiyası (FİFA) milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Ötən ayla müqayisədə 2 pillə geriləyən Azərbaycan milli komandası 193 xalla 142-ci yerdə qərarlaşıb. Dünya reytinq siyahısına isə yenə də İspaniya millisi başçılıq edir. Son Avropa çempionlarının aktivində 1729 xal var. Aktivində 1362 xalı olan Dünya çempionatı 2010-un seçmə mərəhələsindəki rəqiblərimizdən Almaniya millisi reytinq cədvəlində iknci, 1360 xalı olan Hollandiya isə 3-cü sırada qərarlaşıb.
Dünya çempionatı 2010-un seçmə mərhələsi çərçivəsində iyunun 6-da Bakıda qarşılaşacağımız Uels millisi isə 468 xalla 73-cü mövqedə qərarlaşıb. İyunun 2-də yoldaşlıq oyunu keçirəcəyimiz Türkiyə millisi isə, 923 xalla 14-cü sıradadır.
Dünya reytinq siyahısında ilk 10 sırada qərarlaşan komandaları diqqətinizə çatdırırıq:
| 1 | 1729 | ||||
| 2 | 1362 | ||||
| 3 | 1360 | ||||
| 4 | 1281 | ||||
| 5 | 1271 | ||||
| 6 | 1195 | ||||
| 7 | 1173 | ||||
| 8 | 1151 | ||||
| 9 | 1117 | ||||
| 10 | 1074 |