Azərbaycan millisinin heyəti açıqlanıb
09 Dekabr 2010 Cümə Axşamı 19:55
Berti Foqts yığmaya yeni futbolçuları dəvət edib
Dekabrın 13-dən 16-dək Azərbaycan milli komandasının Bakıdakı təlim-məşq toplanışı olacaq. Peşəkar Futbol Liqasından ANS PRESS-ə verilən məlumata görə, yığmanın baş məşqçisi Berti Foqts komandaya 21 futbolçu dəvət edib. Almaniyalı mütəxəssis bu dəfə bəzi əsas futbolçulara dəvət göndərməyib. O, daha çox milliyə namizədləri nəzərdən keçirəcək. Bunların çoxu debütantlardır. Məsələn Babək Nəbiyev. O ümumiyyətlə futbolsevərlərimizə tanış deyil. Foqts I diviziondan da oyunçu çağırıb ki, bu da “Simurq”la kubok oyununda penaltilər seriyasında “Abşeron”u 1/4 finala çıxaran qapıçı Andrey Popoviçdir. Zədəsini yenicə sağaldan Branimir Subaşiç də növbəti dəfə dəvət alıb.
Qapıçılar: Aqil Məmmədov (“Bakı”), Səlahət Ağayev (“İnter”), Andrey Popoviç (“Abşeron”)
Müdafiəçilər: Vurğun Hüseynov (“Turan”), Aqil Nəbiyev (AZAL), Ruslan Əmircanov (“Neftçi”), Novruz Məmmədov (“Muğan”), Arif Daşdəmirov (“İnter”)
Yarımmüdafiəçilər: Amit Quluzadə, Araz Abdullayev, Cavid Hüseynov, Cavid İmamverdiyev (hamısı “Neftçi”), Elvin Məmmədov (“Qarabağ”), Babək Nəbiyev, Samir Zərgərov (“Gəncə”), Elnur Abdullayev (“Muğan”), Əziz Quliyev (“Bakı”), Arif İsayev (“Qəbələ”)
Hücumçular: Fərid Quliyev (“Neftçi”), Rauf Əliyev (“Qarabağ”), Branimir Subaşiç (“Qəbələ”).
DOSTLARINLA PAYLAŞ: