Azərbaycan millisi "Napoli"yə uduzdu
20 Aprel 2011 Çərşənbə 16:56
Vəli Qasımov: “Öz səhvlərimiz ucbatından qollar buraxdıq”
İtaliyanın Olbiya şəhərində təşkil olunmuş beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununu keçirib. İtaliyanın «Napoli» klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 1:3 hesabı ilə məğlub olub. Komandamızın qolunu penalti zərbəsindən Nurlan Novruzov vurub.
Qarşılaşmadan sonra oyun haqqında fikirlərini bildirən yığmanın baş məşqçisi Vəli Qasımov deyib ki, məğlubiyyətə baxmayaraq komanda sona qədər mübarizə aparıb. “Güclü və təcrübəli komanda ilə qarşılaşdıq. Öz səhvlərimiz ucbatından qollar buraxdıq”, - deyə Qasımov əlavə edib.
DOSTLARINLA PAYLAŞ: