Azərbaycan – Makedoniya matçı canlı yayımlanacaq
29 İyul 2011 Cümə 13:56
Azərbaycan – Makedoniya qarşılaşması avqustun 10-da baş tutacaq.
Azərbaycan və Makedoniya yığça komandaları arasında keçiriləcək yoldaşlıq matçı canlı yayımlanacaq. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, avqustun 10-da saat 20:00-da start götürəcək qarşılaşma “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.

Qeyd edək ki, qarşılaşma AccessBank-ın sponsorluğu ilə Mərdəkanda yerləşən “Dalğa Arena”da baş tutacaq.

Xatırladaq ki, Azərbaycan və Makedoniya yığma komandaları son dəfə ötən ilin may ayının 29-da yoldaşlıq görüşündə üz-üzə gəliblər. Səfərdə keçirilən qarşılaşmada yığmamız 1:3 hesabı ilə məğlub olmuşdu. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar