Azərbaycan – Macarıstan oyunu canlı yayımda
09 Fevral 2011 Çərşənbə 13:50
Yoldaşlıq görüşü saat 21:00-dan etibarən nümayiş etdiriləcək
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Əl Şabab” stadionunda Azərbaycan və Macarıstan milliləri arasında yoldaşlıq oyunu keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.
ANS PRESS-in AFFA-ya istinadən verdiyi məılumata görə, Azərbaycan millisi ilə Macarıstan yığması arasında keçiriləcək yoldaşlıq oyunu “AccessBank” və “Azercell”in sponsorluğu ilə AzTV və İdman Azərbaycan kanallarında canlı yayımlanacaq.
Oyunu Birləşmiş Ərəb Əmirliklərini təmisil edən hakimlər idarə edəcək: Baş hakim: Məhəmməd Əbd Əlkərim; baş hakimin köməkçiləri: Əhməd Əl Şəmsi, Sutan Saahu; dördüncü hakim: Həmid Əli Yusif.
Macarıstan millisinin baş məşqçisi Şandor Ecervari Azərbaycan millisi ilə qarşılaşma ərəfəsində yığmaya gənc oyunçuları çağırıb:
Qapıçılar: Marton Fülep (“İpsviç”, İngiltərə), Qabor Kiray (“1860 Münhen”, Almaniya), Adam Boqdan (“Bolton”, İngiltərə);
Müdafiəçilər: Pal Lazar (“Videoton”), Kristian Vermes (“Uypeşt”), Vilmoş Vantsak (“Syon”, İsveçrə), Roland Yuxas (“Anderlext”, Belçika), Jolt Laçko (“Sampdoriya”, İtaliya);
Yarımmüdafiəçilər: Vladimir Koman (“Sampdoriya”, İtaliya), Zoltan Gera (“Fulhem”, İngiltərə), Tamaş Haynal (“Ştutqart”, Almaniya), Akoş Elek (“Videoton”), Yojef Varqa (“Debretsen”), Balaj Cudcak (“PSV Eyndhoven”, Hollandiya), Piter Çvitkoviç (“Debreüen”), Kristian Vadots (“Osasuna”, İspaniya);
Hücumçular: Rudolf Gergey (“Bari”, İtaliya), Attila Tokoli (“Keçkemet”), Tamaş Prişkin (“İpsviç”, İngiltərə).
Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsunisə Macarıstan yığmasının qarşısına bu futbolçuları çıxaracağı gözlənilir: Kamran Ağaev, Rəşad Sadıxov, Vurğun Hüseynnov, Elnur Allahverdiyev, Rail Məlikov, Ruslan Abışov, Mahir Şükürov, Rahid Əmirquliyev, Elvin Məmmədov, Vaqif Cavadov, Murad Hüseynov.
DOSTLARINLA PAYLAŞ: