Azərbaycan Küveyt yoldaşlıq oyunu
11 Avqust 2010 Çərşənbə 11:00
Bu gün Azərbaycan yığması Küveyt millisini qəbul edəcək.
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Küveyt milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

AFFA-dan verilən məlumata görə, qarşılaşmanı rusiyalı baş hakim Sergey Karasyov idarə edəcək. Ona bu oyunda Vitali Drozdov və İlya Barışnikov kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi isə həmyerlimiz Anar Salmanov olacaq.

Xatırladaq ki, saat 21:00-da start götürəcək Azərbaycan – Küveyt matçı “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar