Azərbaycan Küveyt oyununa akkreditasiya başladı
26 İyul 2010 Bazar Ertəsi 19:20
Azərbaycan Küveyt oyununa akkreditasiya başladı. Matçı stadiondan işıqlandırmaq istəyən jurnalistlər qeydiyyatdan keçməlidirlər.
Azərbaycan-Küveyt yoldaşlıq oyunu üçün KİV nümayəndələrinin akkreditasiyasına start verilib. Avqustun 11-də, saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça akkreditasiya olunmaq istəyən jurnalistlər bu gündən avqustun 2-dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək istəyənlər adını, soyadını, vəzifəsini və təmsil etdiyi KİV-in adını [email protected] ünvanına göndərməlidir.

Akkreditasiya vəsiqələri yerlərin sayına uyğun olaraq bölünəcək və qeydiyyatdan keçməyənlərə akkreditasiya verilməyəcək. Müvafiq qaydada qeydiyyata alınmış KİV nümayəndələrinə akkreditasiya vəsiqələrinin verilmə tarixi AFFA-nın rəsmi internet saytında dərc olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar