Azərbaycan kubokunun yarımfinalçıları müyyənləşdi
17 Mart 2010 Çərşənbə 20:30
"Bakı", "Olimpik-Şüvəlan", "İnter" və "Xəzər Lənkəran" klubları 1/4-ə vəsiqə qazanıb
Futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın yarımfinal mərhələsinə vəsiqə qazanmış bütün komandaların adları müəyyənləşib. “Bakı” və “Olimpik-Şüvəlan”dan sonra “İnter”lə “Xəzər Lənkəran” da adını ən güclü 4-lüyə yaza bilib.
Ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş ilk oyunda rəqibinə 0-3 hesabı ilə məğlub olmuş “Neftçi”, cavab qarşılaşmasında da qələbə qazana bilməyib. Şəfa stadionunda keçirilmiş oyunda, ilk qolu “İnter”li futbolçu vurub. Asif Məmmədov flaqmanın qapısına yol tapıb. İkinci hissədə Girts Karlsons komandasının üstünlüyünü 2 topa çatdırıb. “Neftçi”nin gücü isə Marian Aliutanın vurduğu təsəlli qoluna çatıb.
Yarımfinal mərhələsinə sonuncu vəsiqəni “Xəzər Lənkəran” əldə edib. Doğma arenada “Qarabağ”ı qəbul etmiş cənub təmsilçisi matçdan minimal hesablı qələbə ilə ayrılıb. Oyunun 17-ci dəqiqəsində Kristian Kabralın yerinə yetirdiyi künc zərbəsindən sonra top birbaşa qapıya daxil olub. İlk görüşdə səfərdə 1-2 hesabı ilə məğlub olmuş Xəzər Lənkəran, quru hesablı qələbə sayəsində növbəti mərhələyə adlayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: