9 boksçu fəxri kürsünün ən yuksək pilləsinə qalxıb.
Bakı İdman Sarayında boks üzrə birinci Azərbaycan kuboku başa çatıb. 10 çəki dərəcəsi üzrə kubokun qalibləri məlum orlub. Fəxri kürsünün ən yüksək pilləsinə aşağıdakı idmançılar qalxıb:
Kamran Məlikov (49 kq, “Rabitə”), Cavid Çələbiyev (52 kq, “Sərhədçi”), Rəhim Nəcəfov (56 kq, “Rabitə”), Heybətulla Hacıəliyev (60 kq, “Rabitə”), Tamerlan Abdullayev (64 kq, “Rabitə”), Ruslan Edusultanov (69 kq, “Rabitə”), Rahib Bəylərov (75 kq, Siyəzən), Kamran Mehdiyev (81 kq, “Rabitə”), Teymur Məmmədov (91 kq, “Rabitə”) və Fərid Paşayev (91 kq-dan çox, “Rabitə”).
ANSPRESS