Azərbaycan Kubokunun finalında möhtəşəm şou-proqram təşkil olunacaq
18 May 2011 Çərşənbə 11:01
Final oyunu öncəsi estrada ulduzlarının çıxışı olacaq
NBC Bank Azərbaycan kubokunun final oyunundan öncə möhtəşəm şou-proqram təşkil olunacaq. ANS PRESS-in Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, mayın 24-də saat 18:30-da başlayacaq konsert proqramında Azərbaycanın estrada ulduzları – Manana və Röya, həmçinin reper Hüseyn Dərya və meyxana ustaları çıxış edəcəklər.

Qeyd edək ki, NBC Bank Azərbaycan kubokunun "İnter" - "Xəzər Lənkəran" final oyunu saat 20:00-da başlayacaq. Oyundan sonra isə azarkeşlər arasında Renault Logan avtomobilinin və digər qiymətli hədiyyələrin oynanıldığı uduşlu lotereya keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar