Azərbaycan kubokunun finalçıları məlum olur
04 May 2011 Çərşənbə 11:49
4 klub baş mükafat uğrunda mübarizəsini davam etdirir
Bu gün futbol üzrə NBS Bank Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab matçları keçiriləcək. Ötən il ölkə kubokunun finalında “Bakı”ya məğlub olmuş “Xəzər Lənkəran” qisas almağa çox yaxındır.

Bunun üçün lənkəranlılar ilk görüşdə əldə etdikləri minimal üstünlüyü, Bakıdakı oyunda da qorumalıdır. Yarımfinal mərhələsinn 2-ci matçında isə AZAL-la “İnter” münasibətlərinə aydınlıq gətirəcəklər.

Bu komandalar arasında baş tutmuş ilk oyunda hesab açılmadığından, Şüvəlanın AZAL stadionunda keçiriləcək cavab oyunu öncəsi tərəflərin şansları bərabər qiymətləndirilir. Qeyd edək ki, yarımfinal mərhələsinin hər iki oyunu eyni vaxtda, saat 18:00-da başlayacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar