Azərbaycan kubokuna sponsor tapıldı
23 Oktyabr 2010 Şənbə 21:25
Yarışlara NBC Bank “maya” buraxacaq.
İki gün sonra, yəni oktyabrın 25-də "Peşəkar Futbol Liqası" və "NBC Bank" arasında XIX Azərbaycan kubokunun titul sponsorluğu haqqında müqavilə imzalanacaq. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbir "Hyatt Regency" mehmanxanasının "Bakı" zalında təşkil ediləcək.

Qeyd edək ki, imzalanma mərasimi saat 16:00-da başlanacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar