Azərbaycan kuboku uğrunda yarış keçirilib
26 Dekabr 2009 Şənbə 17:35
Azərbaycan kuboku uğrunda yarış keçirilib. Yarışda təqribən 300 idmançı mübarizə aparıb.
Gəncə şəhərində sindo-ryu karate və pençak silat üzrə Azərbaycan kuboku uğrunda yarış keçirilib. Gəncə Olimpiya Kompleksində baş tutmuş yarışda 300-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb.

Sindoryu karate və pençak silat üzrə keçirilən ilk Azərbaycan kuboku uğrunda yarışa respublikanın 15 bölgəsindən idmançılar qatılıb.

Ölkə kuboku uğrunda yarışda fərqlənmiş uşaq və yeniyetmələr gələn il Portuqaliyada təşkil olunacaq Dünya birinciliyində qüvvəsini sınayacaq. Yarışın qalibi olmuş böyüklər isə Yunanıstanda baş tutacaq dünya çempionatında ölkəmizin idman şərəfini qoruyacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar